"Suriya türk əsgərlərinə hücuma görə artıqlaması ilə cavabını alacaq"

"Suriya türk əsgərlərinə hücuma görə artıqlaması ilə cavabını alacaq"

11 Fevral 2020 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriya hökuməti Türkiyə qüvvələrinə qarşı hücumlarına görə layiqli cavabını alacaq.

Oxuməni.az Tass.ru-ya istinadən xəbər verir ki, o, fevralın 10-da Türkiyənin hərbçilərinin İdlibdə atəşə tutulduqdan sonra Suriya ilə bağlı yeni addımlar atmaq niyyətindədir.

"İdlibdə Suriya prezidenti Bəşər Əsəd rejimi ciddi şəkildə zərər gördü, lakin bu, kifayət deyil. Onlar bizim hərbçilərimizə hücuma görə əvəzini ödəyəcəklər. Sabah mən atacağımız addımları açıqlayacağam", - deyə türkiyəli lider Ankaradakı çıxışı zamanı bildirib.

Oxuməni.az