Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

17 Yanvar 13:14
889
Bəyəndim (1) Bəyənmədim (0)

Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxumeni.az-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Sonda protokol imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az