Böyük Britaniyanın ABŞ-ın hərbi dəstəyinə inamı azalıb

Böyük Britaniyanın ABŞ-ın hərbi dəstəyinə inamı azalıb

14 Yanvar 07:17
484
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniya hökuməti 2010-cu ildə qəbul edilmiş və Böyük Britaniyanın hər zaman amerikalılarla birlikdə döyüşəcəyini ehtiva edən doktrinanı yenidən nəzərdən keçirməlidir. Böyük Britaniya silahlı qüvvələri gələcək münaqişələrdə ABŞ-a, onun havadan dəstəyinə və kəşfiyyat təyyarələrinə artıq bel bağlamamalıdır. Hazırkı proseslərdə ABŞ-ın dəstəyinə güvənmək mənasızdır.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles söyləyib.

B.Uolles bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın getdikcə daha çox təcrid siyasəti yürütməsi səbəbindən verdiyini bəyan edib. Nazir ABŞ-ın dünya liderliyindən əl çəkəcəyindən ehtiyat etdiyini, bunun həm dünya, həm də Böyük Britaniya üçün yaxşı nəticələr verməyəcəyini deyib. Bundan narahatlığını ifadə edən nazir bildirib ki, hazırda Böyük Britaniya ABŞ-ın hərbi dəstəyindən, xüsusən də hava hücumundan müdafiə və kəşfiyyat sahələrində çox asılıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az