Hərbi hissəyə hücum, 25 hərbçi öldü

Hərbi hissəyə hücum, 25 hərbçi öldü

10 Yanvar 12:17
882
Bəyəndim (2) Bəyənmədim (0)

Nigerdə hərbi hissəyə hücum olub.

Oxumeni.az “Frans Press”ə istinadən xəbər verir ki, Şineqodar kəndində baş vermiş hücumda 25 hərbçi öldürülüb, 6-sı yaralanıb. 60 terrorçu isə zərərsizləşdirilib. Terrorçular hərbi hissəyə motosiklet və avtomobillərdə hücum ediblər.

“Röyters” agentliyi yazıb ki, hücum “Əl-Qaidə” terror təşkilatı və “Boko Haram” radikal qruplaşmasının ölkənin qərbində Niger ordusuna qarşı apardıqları kampaniya çərçivəsində edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az