Bu görüntünün izahı tapılmır  + Video

Bu görüntünün izahı tapılmır + Video

2 Yanvar 2020 21:28
Bəyəndim (1) Bəyənmədim (0)

Sosial şəbəkələrdə T-62 tankı ilə bağlı yayımlanan kadrlar hər kəsi heyrətləndirib.

Belə ki, sovet istehsalı olan və hələ də Suriya ordusunun silahlandırmasında olan sözügedən texnika terrorçuların başlatdığı tank əleyhinə raketin vuruşuna tab gətirib.

Kadrlarda idarə olunan mərminin döyüş maşınının ön hissəsinə necə vurduğu görünür. Bundan sonra partlayış səsi eşidilir, toz və tüstü buludu göyə qalxır, ancaq ətraf aydınlananda tankın ciddi zərər görməyərək, yoluna davam etdiyi məlum olur.

Qeyd edək ki, heyət üzvlərindən biri zədə alıb və təxliyyə olunub. Ölən yoxdur.

Ehtimal edilir ki, hücum ABŞ istehsalı olan TOW raket əleyhinə komplekslə edilib.

Qeyd edək ki, T-62 tankı Rusiyada artıq istismardan çıxarılıb. Amma bu görüntülər onun hələ də yararlı olduğunu və zirehinə görə müasir tanklardan heç də geri qalmadığını göstərir.

Oxumeni.az