Türkiyə təhlükəsizlik qüvvələrinin axtarışa verdiyi təhlükəli terrorçu məhv edilib

Türkiyə təhlükəsizlik qüvvələrinin axtarışa verdiyi təhlükəli terrorçu məhv edilib

10 Dekabr 2019 10:56
162
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan daha bir təhlükəli terrorçu məhv edilib.

Oxumeni.az xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən dekabrın 7-də Muş vilayəti ərazisində daha bir uğurlu antiterror əməliyyatı keçirilib. Nəticədə 5 terrorçu zərərsizləşdirilib. Terrorçuların şəxsiyyəti müəyyənləşdirilərkən onlardan birinin “Zinar Amed” ləqəbli Erdal Tekay olduğu məlum olub.

Türkiyənin Daxili İşlər Nazirliyi həmin terrorçunun yaxalanması üçün 300 min lirə (52 min ABŞ dolları) mükafat ayırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az