ABŞ Misiri Rusiya qırıcılarına görə sanksiya ilə hədələdi

ABŞ Misiri Rusiya qırıcılarına görə sanksiya ilə hədələdi

15 Noyabr 2019 10:30
139
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ hökuməti Misiri Rusiyaya məxsus “Su-35” qırıcılarını alacağı təqdirdə bunun mənfi nəticələrə səbəb olacağını bəyan edib.

Oxumeni.az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ Müdafiə naziri Mark Esperin Misirin Müdafiə naziri Məhəmməd Zakiyə göndərdiyi məktubuna istinadən xəbər verir.

Amerikalı rəsmilərin məktubunda deyilir ki, Moskva ilə böyük bir razılaşma hərbi sənaye sahəsində Vaşinqton-Qahirə əməkdaşlığına maneə olacaq. Qeyd olunur ki, ABŞ Misirə qarşı sanksiya tətbiq etmək ehtimalı barədə də xəbərdarlıq edib.

Bu məqamda bildirək ki, bu il martın sonunda “Rosoboroneksport”un rəhbəri Serqey Kornev Rusiya ilə Misirin çoxfunksiyalı “Su-35 qırıcılarının” tədarükü ilə bağlı müqaviləni imzalamadığını açıqlayıb. Eyni zamanda Moskvanın Qahirəyə silah verməyə hazır olduğu qeyd edilib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)