Mali ordusunun 53 əsgəri öldürülüb

Mali ordusunun 53 əsgəri öldürülüb

2 Noyabr 19:11
45
Bəyəndim (0) Bəyənmədim (0)

Mali hökumətinin yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın silahlı hücumu nəticəsində bu ölkənin Silahlı Qüvvələrinin 53 əsgəri və bir mülki şəxs qətlə yetirilib. Qeyd olunub ki, daha 10 əsgər yaralanıb və ölkənin şimal-şərqində yerləşən hərbi baza dağıdılıb.

Oxumeni.az CNN telekanalının saytına istinadla xəbər verir ki, hökumətin sözçüsü Yaya Sangare bölgənin əhalisini terrorçulara qarşı dövlət və ordu ilə həmrəylik nümayiş etdirməyə çağırıb.

Terror hücumuna görə məsuliyyəti heç bir silahlı qruplaşma üzərinə götürməyib.

Bildirilir ki, Malidəki separatçılar və “Al-Qaeda” terror təşkilatı sentyabrda da hərbi bazaya hücum zamanı 38 hərbçini qətlə yetiriblər. Özlərini “Cihad hərəkatı”nın üzvləri adlandıran ekstremistlər 2012-ci ildən başlayaraq bu Qərbi Afrika ölkəsinin müxtəlif bölgələrində orduya qarşı silahlı hücumlar həyata keçirirlər.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)