Ekspert: ABŞ qorxur ki, Türkiyə NATO-dan çıxsa... - Video

Ekspert: ABŞ qorxur ki, Türkiyə NATO-dan çıxsa... - Video

6 Oktyabr 09:30
114
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Yunanıstandakı yeni hərbi bazaları Türkiyə istisna olmaqla, NATO üzvlərini qoruyacaq.

Oxumeni.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksey Fenenko deyib.

Onun sözlərinə görə, ABŞ 15 ildir ki, Yunanıstanla belə bir razılaşma imzalamağı planlaşdırırdı:

“2003-cü ildə Türkiyə və ABŞ-ın yollarının ayrıldığı məlum oldu. Bunun bir neçə səbəbi var: Əvvəla, ABŞ İraqın işğalı zamanı Kürdüstan yaratmağı seçdi ki, bu da Türkiyə üçün təhlükəli idi. İkincisi, Türkiyəyə qarşı ərazi iddiasında olan Bolqarıstan NATO-ya qəbul edildi. Üçüncüsü, Türkiyə bir neçə dəfə İraqda PKK-ya qarşı əməliyyatlarına ABŞ-ın mane olmamasını istəsə də, Vaşinqton bunu rədd etmişdi. Türkiyənin tam müstəqil siyasət yürütməsi ABŞ-ın bu ölkəni itiriləcəyi halda, nələrin baş verəcəyini düşünməsinə gətirib çıxarır. Bu səbəbdən Türkiyənin əsas düşməni Yunanıstana müraciət etdilər. ABŞ Türkiyənin NATO-dan çıxması durumunda ittifaqın bütün cənub hava sahəsinin tamamən nəzarətsiz qalacağından qorxur”.

Oxumeni.az