Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin komandanları arasında görüş olub

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin komandanları arasında görüş olub

3 Oktyabr 2019 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin komandanları Admiral Zaur Hümmətov və Hüseyn Xanzadi arasında görüş keçirilib.

Görüşdə iki ölkənin hərbi əməkdaşlığı və hərbi sahədə potensiallardan birgə istifadənin zərurliyi vurğulanıb.
Azərbaycan HDQ komandanı iki ölkə arasında əlaqələrin yaxşı səviyyədə olduğunu bildirib və qeyd edib ki, qonşu ölkələr arasında əməkdaşlıq dəniz piratlarının fəaliyyətinin qarşısını alacaq və bizim vəzifəmiz Xəzər dənizində sabitliyi qorumaqdı.

Zaur Hümmətov qeyd edib k, Azərbacyan HDQ-si İran İslam Respublikasının HDQ-si tərəfindən təşkil olunacaq dərin sularda dalğıcların yarışmasında iştirak etməyə hazırdır. “Eləcə də biz İran və Azərbaycan hərbi dənizçilərinin iştirakı ilə müştərək məşq keçirilməsinə də hazırıq.

H.Xanzadi bildirib ki, iki ölkə arasında tarixi bağlar var və müxtəlif sahələrdə xüsusilə mədəni sahədə iki ölkənin xalqları bir-birinə bağlıdır. Müştərək mədəniyyət, dil və sivilizasiya İran və Azərbaycanı qardaş və dost ölkə edir. İki ölkənin həm qurudan və həmdə dənizdə sərhədləri var.

“Xəzər dənizi bizim üçün sülh və dostluq dənizidir və əminliklə deyə bilərik ki, bu dənizdə bizim yaxşı qonşularımız olduğu üçün heç bir narahtlığımız yoxdur”.
İranın hərbi sahədə inkişaf etdiyini bildirən H.Xanzadi deyib ki, bu gün Hərbi dəniz qüvvələri geniş potensial və sürətlə daha da inkişaf edir.

Dənizdə və beynəlxalq sularda sabitliyin təmini üçün cəm şəkilində əməkdaşlıq edilməyin zərurətini vurğulayan H.Xanzadi deyib ki, Azərbaycanla hərbi dəniz sahəsinə əməkdaşlıq etməyə hazırıq. “Xəzər dənizində birlikdə hərbi taktika təşkil edə bilərik və əlaqələrimizi inkişaf etdirmək üçün hər tərəfli hazırıq”.

Oxumeni.az