Zakir Həsənov: "Azərbaycanla Meksika arasında hərbi əməkdaşlığın hüquqi bazası yaradılır"

Zakir Həsənov: "Azərbaycanla Meksika arasında hərbi əməkdaşlığın hüquqi bazası yaradılır"

2 Oktyabr 16:51
40
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşü barədə məlumat yayıb.

Nazirlikdən Oxumeni.az-a bildirilib ki, iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin daim inkişaf etdiyini qeyd edən Müdafiə naziri ikitərəfli hərbi əməkdaşlığın hüquqi bazasının yaradılması ilə əlaqədar hazırda müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Öz növbəsində, səfir fəaliyyəti dövründə Azərbaycanla Meksika arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndiyini bildirib.

Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edən diplomat regionda sabitliyin təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinin vacibliyini bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə Meksika arasında hərbi sahədə əlaqələrin hazırkı vəziyyəti və perspekivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Oxumeni.az