Erməni eksperti: "İndi erməni televiziyaları antidemokratikdir"

Erməni eksperti: "İndi erməni televiziyaları antidemokratikdir"

25 Fevral 2012 22:39
Bəyəndim (0) Bəyənmədim (0)

"İndi erməni televiziyaları antidemokratikdir". Bunu jurnalistlərlə bugünkü görüşündə informasiya təhlükəsizliyi üzrə mütəxəssis Vaqram Mirakyan deyib. O, çıxışı zamanı qələmə aldığı "Aqressiv televiziyanın fəsadları" adlı kitabını təqdim edib. Müəllifin fikrincə, Ermənistan televiziya məkanında apardığı bir illik araşdırma ölkədəki vəziyyətin acınacaqlı olduğunu deməyə əsas verir. Hətta ən yüksək reytinqli verilişlər və seriallar da gəncləri aqressiyaya sövq edir: "İctmai kanalın "Anna-2", ŞantTV-nin "Varislər" və Ermənistan kanalının "Qayıdış-2" serialları ən təhlükəli verilişlərdir. Hə 3 halda aqressiv sosial mövqe nümayiş olunur." Müəllifin fikrincə, təkcə "Varislər" serialında 59% aqressiya, 18% bədbinlik, 19% neytral emosiyalar və yalnız 4% müsbət hisslər aşılanır. "Qərbin 60-70-ci illərdə keçdiyi yolu Ermənistan telekanalları indi keçir",- deyə müəllif ürək ağrısı ilə bildirib.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Vaqram Mirakyan çıxışını olduqca bədbin notlarla yekunlaşdırıb. O, ölkədə artmaqda olan kriminal hadisələrin yaxın zamanda daha da geniş vüsət alacağını və cəmiyyətin kriminal mənəviyyatla idarə olunacağını bildirib.

Ermənistan cəmiyyəti "bataqlıq" sindromu ilə yaşayır. Bataqlıqda isə edilən hər bir hərəkət insanı dibə doğru aparır.

Murad Şahməmmədov

O.M.