Hərbi birlikdə komandir müavinləri ilə seminar keçirilib

Hərbi birlikdə komandir müavinləri ilə seminar keçirilib

22 May 2019 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Təsdiq edilmiş döyüş hazırlığı planına əsasən hərbi birliyin tabeliyində olan hərbi hissə, tabor və bölük komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin iştirakı ilə "Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulmasında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin rolu" mövzusunda seminar keçirilib.

Mediainfo.az-a MN-dən verilən xəbərə görə, tədbirdə nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlər və perspektivlər barədə fikir mübadiləsi aparılıb, müvafiq təkliflər irəli sürülüb, bölmələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin üzərinə düşən vəzifələrdən danışılıb.
Müzakirələrdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin və Sumqayıt Hərbi Prokurorluğunun nümayəndələri iştirak ediblər.