Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

22 May 2019 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Mediainfo.az-a MN-dən verilən xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.