ABŞ Qətəri sürətlə silahlandırır

ABŞ Qətəri sürətlə silahlandırır

10 May 2019 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti Qətərə 3 milyard dollar dəyərində "24 AH-64E Apache" tipli hücum helikopterinin satışını təsdiqləyib.

Bu barədə ABŞ Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb. Bildirilir ki, Qətərə daha əvvəl də "24 AH-64E Apache" hücum helikopteri satılıb. Əlavə olaraq reallaşdırılan bu satışın ölkənin hava dəstəyinə qatqı verəcəyi vurğulanıb. Məlumata görə, satış bölgədəki hərbi vəziyyətə təsir etməyəcək.

Qeyd edək ki, əgər ABŞ Konqresində 30 gün müddətində satışla bağlı hər hansı bir etiraz olmasa, helikopter Qətərə göndəriləcək. (azadinform)