Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər

Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər

3 May 2019 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən mayın 1-dən 3-dək keçirilən "Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərini işıqlandırmaq məqsədilə mayın 3-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər yerinə yetirilən tapşırıqların icrasını canlı olaraq müşahidə məntəqəsindən izləyiblər.