Ermənistanda doğuş 3,1% azalıb, ölüm 0,4% artıb

Ermənistanda doğuş 3,1% azalıb, ölüm 0,4% artıb

2 Fevral 2012 02:52
Bəyəndim (0) Bəyənmədim (0)
Ölü doğulmuş uşaqların sayı 851 nəfərə qədər yüksəlib

Dünən Ermənistan Milli Statistika Xidmətinin "Əhalinin siyahıyaalınması və demoqrafiya" şöbəsinin müdiri Karine Kuyumcuyan jurnalistlər qarşısında bəzi rəqəmləri açıqlayıb. İlk əvvəl onu bildirək ki, K.Kuyumcuyan ölkəsində demoqrafik vəziyyətin acınacaqlı olduğunu və bu tendensiyanın fəlakətə doğru getdiyini bildirib. Onun sözlərinə görə, 2011-ci ildə 2010-cu ilə nisbətən doğum halları 3,1 % faiz azalaraq 43 447 nəfər təşkil edib. Analoji dövrün ölüm göstəriciləri isə 0,4 % artaraq 28 030 nəfər olub. K.Kuyumcuyan ölü doğulmuş körpələrə dair rəqəmlərin də ürəkaçan olmadığını bildirib. Belə ki, ötən il ölkədə 851 uşaq ölü doğulub. Bu isə 2010-cu ilə nisbətən 7 nəfər çoxdur.

Çıxışının sonunda Ermənistan Milli Statistika Xidmətinin rəsmisi Ermənistan əhalisinin ümumi sayında 0,4 % artım müşahidə olduğunu bildirib. Onun sözlərinə görə, 2012-ci il 01 yanvar tarixinə Ermənistan əhalisi 3 274 300 nəfər təşkil edir.

Deməli, dünyada terrorçuların, işğalçıların, oğruların, quldurların sayı azalmaqdadır...

Aqil Hüseynov

O.M.