Erməni əsgəri ana söyüşünə görə güllələndi

Erməni əsgəri ana söyüşünə görə güllələndi

30 Yanvar 2012 19:38
Bəyəndim (0) Bəyənmədim (0)
Əsgər dedovşinanın qurbanı oldu

27 yanvar günü saat 03:05 radələrində Ermənistan ordusunun Dağlıq Qarabağda dislokasiya olunan hərbi hissəsində həqiqi hərbi xidmətdə olan Paylak Şaxnazaryan öldürülüb. Tert.am saytının məlumatına görə, buna hərbi hissədə hökm sürən dedovşina şəraiti səbəb olub. Belə ki, yefreytor Xaçatur Sarkisyan gecə vaxtı sıravi Paylak Şaxnazaryanın üzünə diş pastası sürtüb. Əsgər yuxudan oyandıqdan sonra onu bu hala salan adamın anasını söyüb. Yefreytor ondan kimi söydüyünü soruşduqda, əsgər "məni bu hala salanı" deyib. Xaçatur Sarkisyan silahını çıxararaq Paylak Şaxnazaryanı güllələyib. Faktla bağlı Ermənistan CM-nin 104-cü maddəsinin 1 hissəsi ilə cinayət işi başlanılıb. Yefreytor Xaçatur Sarkisyan həbsə alınıb.

O.M.