Serj Sarkisyan "Pərvanə" restoranında İrəvanın yeni merinin şərəfinə badə qaldırdı

Serj Sarkisyan "Pərvanə" restoranında İrəvanın yeni merinin şərəfinə badə qaldırdı

29 Noyabr 2011 19:23
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident oliqarxlara sərt mesaj göndərdi

İrəvanın yeni merinin təyin olunması münasibətilə şəhərin dəbdəbəli "Pərvanə" restoranında ziyafət təşkil olundu. Tert.am saytının məlumatına görə, ziyafətə ölkə prezidenti Serj Sarkisyan da qatılmışdı. O, yeni təyin olunmuş Taron Marqaryanın şərəfinə badə qaldıraraq dedi: "Partiyamızı yolundan döndərmək olmaz. Bəzi insanlar ki, səs-küylə özlərinə yol açmaq istəyirlər, lakin yolun ortasında qalaraq varidatlarını itirirlər".

Tədbir iştirakçıları bu tostun oliqarx məmurlara, əsasən də Ovik Abramyana ünvanlandığını düşünürlər. Hətta iqtidar partiyasından olan bəzi nümayəndələr hesab edirlər ki, Ovik Abramyan seçki qərargahının rəhbəri vəzifəsində də qala bilməyəcək. Sadəcə, indiki halda prezident bunu dilə gətirmək istəmir.

Sadə xalq isə varidatını çoxdan itirib...

Hafiz Əhmədov

O.M.