Erməni biznesmen Peterburqda güllələndi

Erməni biznesmen Peterburqda güllələndi

24 Noyabr 2011 00:40
Bəyəndim (0) Bəyənmədim (0)
O, bir vaxtlar kriminal aləmdə David Suxumski adı ilə məşhur idi

22 noyabr günü Rusiyanın şimal paytaxtında terror hadisəsi baş verdi. Erməni millətindən olan yerli iş adamı David Tərtəryan Uşakovsk və Bolşoy Ozernoy küçələrinin kəsişməsində yerləşən evinə gələrkən naməlum şəxslər tərəfindən güllələndi. Yaralı öz maşını ilə xeyli məsafə qət etsə də, təcili yardım maşınında dünyasını dəyişdi. Crims.ru saytının RF İstintaq Komitəsi Peterburq İdarəsinə istinadən yaydığı xəbərdə bildirilir ki, iş adamı 90-cı illərdə kriminal aləmdə David Suxumski ləqəbi ilə tanınırdı. Onun hətta Mixail Azaqyanın (ləqəbi: İti Bıçaq) cinayətkar dəstəsində olduğu da bildirilir. Sonradan Tərtəryan kriminal aləmlə vidalaşdı və o dövrdən onu kriminal avtoritet saymadılar.

Peterburqun "Северная столица" qəzetinin yazdığına görə, iş adamının müəmmalı qətlinə səbəb onunla erməni kriminal aləmi arasında yaranmış problem ola bilər. Belə ki, mərhum biznesmen rəhbərlik etdiyi "Пиросмани" restoranlar şəbəkəsindən və qayınatasının sahibi olduğu "Севзапмебель" şirkətindən şəhərdə xərac toplayan ermənilərə vəsait ödəmirdi.

İnsan pulunu saydıqca fələk saydığını sayır...

Fuad Borçalı

O.M.