VİDEO-Ermənistanın II böyük şəhəri soyuqdan donur

VİDEO-Ermənistanın II böyük şəhəri soyuqdan donur

15 Noyabr 2011 14:06
Bəyəndim (0) Bəyənmədim (0)
Əhali olumla ölüm arasında çırpınır

Gözlənilmədən yağan şiddətli qar Ermənistanda həyatı iflic vəziyyətə salıb. Tert.am saytının məlumatına görə, ölkənin II böyük şəhəri sayılan Gümri təbiətin şıltaqlığına təslim olub. Əhali çaşqın vəziyyətdədir. Qaz, elektrik enerjisi yoxdur. Boruların donması nəticəsində su da gəlmir. Odun isə yaşıllığın tükənmə ərəfəsində olması səbəbi ilə tapılmır. Yerli "Tsayq" televiziyasının süjetində açıq-aydın bəlli olur ki, əhali acınacaqlı vəziyyətdədir. Köhnə təkər və ya karton qutu tapan şəxs cəmi bir neçə saat evini qızdıra bilir. Əlbəttə ki, belə bir səadət hər adama nəsib olmur. İstehlak müddəti bitən evlərin isə ciddi təmirə ehtiyacı var. Şəhərdəki tikililərin divarları çox nazikdir.

Təbiətin qəzəbi insanları olumla ölüm arasında mübarizədə qoyub...

Hafiz Əhmədov

O.M.