"Serj Sarkisyan istefaya gedəcək"

"Serj Sarkisyan istefaya gedəcək"

11 Noyabr 2011 15:36
Bəyəndim (0) Bəyənmədim (0)
"Yeni dövran" partiyasının rəhbəri bunu səhv addım adlandırıb

Ermənistanın "Yeni dövran" partiyasının rəhbəri Aram Karapetyan bu gün yerli jurnalistlərlə görüşündə bildirib ki, Serj Sarkisyan növbədənkənar seçkilərə getməklə istefa verəcək. Tert.am saytının məlumatına görə, partiya rəhbəri bunun səhv addım olacağını bildirib. O, proqnozunu ölkədəki son istefalarla əsaslandırıb. Partiya rəhbəri həmçinin parlament seçkilərində kütləvi saxtakarlıq faktlarının olacağını və 500 min səsin pulla alınacağını da dilə gətirib.

Ermənistandakı mövcud vəziyyət bataqlığa bənzəyir. Bataqlıqda isə hər bir hərəkət dibə aparır.

Hafiz Əhmədov

O.M.