Ermənilər "Talış xalqının tarixinə və mədəniyyətinə giriş" adlı kitabı nəşr etdilər

Ermənilər "Talış xalqının tarixinə və mədəniyyətinə giriş" adlı kitabı nəşr etdilər

10 Noyabr 2011 20:34
Bəyəndim (0) Bəyənmədim (0)
İrəvanda II Talışşünaslıq Konfransı keçiriləcək

Ermənistanın Hetq.am saytının məlumatına görə, "II Beynəlxalq Talışşünaslıq Konfransı" adlı tədbir 11-12 noyabr tarixlərində İrəvanda keçiriləcək. Tədbir "İran and the Caucasus" adlı erməni jurnalının, "Modus Vivendi" erməni mərkəzinin, Ermənistanın Qafqaz İranşünasliq Mərkəzinin, Erməni Akademik İşbirliyi Assosiasiyasının təşkilatçılığı və "Hyksos" erməni fondunun maliyyə dəstəyi ilə keçiriləcək.

Xatırladaq ki, "I Beynəlxalq Talışşünaslıq Konfransı" adlı tədbir də 2005-ci ilin mayında Ermənistanın Tsaxkadzor şəhərində keçirilmişdi.

Təşkilatçılar bu il də öz çirkin əməllərindən geri qalmırlar. Sözdə talış xalqının tarixini və mədəniyyətini araşdıraraq, nəşr etdikləri "Talış xalqının tarixi və mədəniyyəti haqda oçerk" və "Talış xalq əfsanə və nağılları" adlı kitabları müzakirə edəcəklərini söyləyirlər. Hətta "Talış xalqının tarixinə və mədəniyyətinə giriş" adlı yeni kitabı da təqdim edəcəklərini bildirirlər.

Tədbirdə absurd mövzular da qoyulacaq. Məsələn, "Talışların dili və mədəniyyəti, onları necə xilas etmək?" Ən qəribəsi isə odur ki, İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının dosenti Vadan Voskanyan talışların yeni əlifbasını təqdim edəcək.

Ermənilər özbaşına qədim talış xalqını müzakirə edirlər. Başa düşə bilmirlər ki, Azərbaycan Respublikasında yaşayan talışlar azərbaycanlılardır, eynən türklər, kürdlər, tatlar kimi...

Natiq Qocaman

O.M.