İRMDK Ermənistan Dövlət Vergiləri Komitəsindən məxfi sənədləri tələb edir

İRMDK Ermənistan Dövlət Vergiləri Komitəsindən məxfi sənədləri tələb edir

10 Noyabr 2011 19:08
Bəyəndim (0) Bəyənmədim (0)
Serj Sarkisyan oliqarxların pullarını mənimsəmək istəyir

İqtisadi Rəqabətin Müdafiəsi Dövlət Komissiyası Ermənistan Dövlət Vergiləri Komitəsindən məxfi sənədləri tələb edir. Ermənistanın Tert.am saytının məlumatına görə, Dövlət gəlirləri üzrə Komitənin rəhbəri Qaqik Xaçatryan hökumətin bugünkü toplantısında 2 gün möhlət istəyib. O, İqtisadi Rəqabətin Müdafiəsi Dövlət Komissiyası (İRMDK) ilə görüşdən sonra bəzi məxfi sənədləri üzə çıxara biləcəyini söyləyib. İRMDK-nın rəhbəri Artak Şaboyan isə öz növbəsində bildirib ki, komissiyanın vergi sirlərinə girişi yoxdur, lazımi informasiyanı ancaq Vergilər Komitəsi təmin edə bilər.

Ermənistanın "Qraparak" qəzeti və digər müxalifət mətbuatının analitiklərinin fikrincə, son kadr dəyişikliyi fonunda vergi sirlərinin açılması onu deməyə əsas verir ki, Serj Sarkisyanın məqsədi ölkədəki nüfuzlu şəxslərin, oliqarxların maddi vəziyyəti haqda məlumat toplamaq, onların pullarının bir hissəsini mənimsəməkdir.

Deyirlər, pişik ac olanda balasını yeyir...

Sərvər Aslanov

O.M.