Rus qarıya işgəncə verən ermənilər cəzalarını aldılar

Rus qarıya işgəncə verən ermənilər cəzalarını aldılar

8 Noyabr 2011 19:01
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın Zavodoukovsk məhkəməsinin qərarı ilə 27-29 yaşlarında olan üç Ermənistan vətəndaşına hökm oxundu. Belə ki, onlar ötən ilin 10 avqust günü Novaya Zaimka kəndində yaşayan qoca rus qadının evinə hücuma keçmişdilər. Əvvəllər məhkum olunmuş və hələ də məhkumluq müddəti başa çatmamış banda başçısı Gevorg qarının nəvəsi ilə vətəndaş nikahında yaşayırdı və nənənin evində külli miqdarda pul olacağını zənn edirdi. Odur ki, həmyerlilərini başına toplayıb gecə vaxtı qadının evinə həmlə etdi. Ermənilər qarını yuxudan oyadaraq işgəncə ilə ondan pul tələb etməyə başladılar. Onlar köməksiz qarını təpik-yumruqla döyüb, sifətinin bəzi yerlərini mismarla deşdilər. Lakin arvad bir müddət əvvəl pulunu oğluna verdiyi üçün oğrular əliboş qayıtmalı oldular.

Ermənistanın Tert.am saytının "Вслух.ру" saytına istinadən yaydığı xəbərdə bildirilir ki, təşkilatçı 12 il, köməkçisi 9.6 il, digər erməni isə 3 il müddətinə həbsə məhkum edildilər.

Köməksiz insanın üzərinə həmlə etmək, ona məxsus olanları ələ keçirmək ermənilərin milli adətidir. Onlar Qarabağda layiqli cəzalarını almayınca öz çirkin işlərini davam etdirəcəklər...
Hafiz Əhmədov

O.M.