Erməni ekspert: “Ermənistanda hər 3 nəfərdən biri əyyaşdır”

Erməni ekspert: “Ermənistanda hər 3 nəfərdən biri əyyaşdır”

7 Noyabr 2011 23:03
697
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistanda adambaşına istehlak olunan araq təxminən Rusiyadakı qədərdir

"Ermənistanda hər 3 nəfərdən biri əyyaşdır. Artıq alkoqolizm ölkənin öndə gedən problemlərindən birinə çevrilib. Hətta qadınlar və azyaşlı uşaqlar da normadan qat-qat artıq araq istehlak edirlər". Bu fikirləri jurnalistlərlə brifinqində Ermənistan şərabçılar birliyinin rəhbəri Avaq Arutunyan səsləndirib. Tert.am saytına blits müsahibəsində Arutunyan deyib: "Ermənistan öz adət-ənənələrini itirib. Şərab içən millətdən araq içən millətə çevrilib. Araq siyasi problemdir, şərab isə incəsənətdir. Rusiyada adambaşına illik 17 litr araq, 10 litr şərab istehlak olunur. Ermənistanda isə hər kəs ildə 15 litr araq, 1,3 litr şərab içir. Fransada isə bu rəqəm 0,5-in 48-ə nisbəti qədərdir".

Deyirlər, insan ya sevincdən, ya da dərddən içər. Yəqin ki, qonşularımız dərdlərini unutmaq üçün araqla "dost" olublar...

Sərvər Aslanov

O.M.