Qüdsdə kütləvi şəkildə erməni dindarlara tüpürürlər

Qüdsdə kütləvi şəkildə erməni dindarlara tüpürürlər

5 Noyabr 2011 19:27
991
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni dindarlar küçəyə çıxa bilmirlər

Tert.am saytının İsrail mətbuatına istinadən yaydığı məlumata görə, Qüdsün radikal pravoslav gəncləri həmişə ana söyüşləri söyərək erməni dindarların üzünə tüpürürlər.

Belə ki, 28 may günü Qüdsün köhnə məhəllələr yerləşən hissəsində erməni dindar Ovannes Maratersyan küçədə gedərkən pravoslav yəhudi onun üstünə tüpürdü. Erməni cavab olaraq onu yumruqladı. Yəhudi dərhal məhkəməyə şikayət etdi. Lakin hakim Dov Bulok gözlənilmədən şikayəti qəbul etmədi və qərarında yazdı: "İllərlə bir adamı alçaltdığı üçün bir dəfə ondan yumruq yeyən insanın şikayətinə baxmaq məntiqsizlik və ədalətsizlik olardı".

Kanadadan təhsilini davam etdirmək üçün Qüdsə gələn erməni Narek Karapetyan da bir neçə dəfə eyni aqibətlə üzləşib. Belə ki, ötən ay 2 naməlum şəxs ona yaxınlaşaraq üzünə tüpürüb.

Erməni Apostol Kilsəsinin Qüds nümayəndəliyi də erməni dindarlara qarşı aqressiyanın, xüsusilə tüpürmə hallarının artdığını etiraf edir.

Qüdsün mərkəzi erməni kilsəsinin baş mütərcimi Qusan Alcanyan etiraf edir ki, bəzən dini təhsil alan tələbələr tüpürənlərə fiziki zərbələrlə cavab verirlər. Bu da kütləvi iğtişaşlara yol açır. Bu il belə gənclərdən ikisi cəza olaraq seminariyadan qovulub. Qusanyan özü də mümkün qədər küçədə görünməməyə çalışır. Belə ki, sonuncu dəfə o, dini libasda olarkən 4 nəfər üstünə tüpürüb.

Üzü tüpürcəkli adam başıaşağı olar...

Hafiz Əhmədov

O.M.