Sarkisyanın kürəkəni istefadan sonra müəmmalı danışdı

Sarkisyanın kürəkəni istefadan sonra müəmmalı danışdı

4 Noyabr 2011 17:56
Bəyəndim (0) Bəyənmədim (0)
"Bu cür sualların cavabını yalnız bir nəfər bilir - prezident"

News.am saytının məlumatına görə, 3 noyabr günü istefa verən Prezident Administrasiyasının rəhbərinin birinci müavini Mikael Minasyan (prezidentin kürəkəni) sükutunu pozdu. Olduqca məyus görünən, lakin soyuqqanlı təsir bağışlamağa çalışan kürəkən jurnalistin ayaqüstü suallarına cavab verməli oldu. O, seçki qərargahındakı yeni vəzifəsindən ağızdolusu danışsa da, sonuncu suala çoxmənalı cavab verdi.

- Cənab Minasyan, ehtimal etmək olarmı ki, bununla istefalar zənciri bitəcək?

- Bu cür sualların cavabını yalnız bir nəfər bilir - prezident.

Bu cür sualların cavabını yalnız prezident bilsə də, Ermənistanın aqibətini Allah bilir...

Hafiz Əhmədov

O.M.