"Ermənistan prezidenti və parlamenti legitim deyil"

"Ermənistan prezidenti və parlamenti legitim deyil"

2 Noyabr 2011 19:26
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan parlamentində 76 deputat oliqarx-biznesmendir

Bu gün Ermənistanın I prezidenti, hal-hazırda müxalifət cəbhəsinə başçılıq edən Levon Ter-Petrosyan Avropa Parlamentinin geniş tərkibli heyəti ilə görüşüb. Bu barədə Ermənistanın Tet.am saytı məlumat verir. Görüş zamanı sabiq prezident ölkə daxilindəki ağır siyasi vəziyyətə toxunub. O, parlamentin və prezidentin legitim olmadığını sənədlərlə sübut etməyə çalışıb. Ter-Petrosyan hazırkı parlamentdə çalışan 76 deputatın oliqarx-biznesmen olduqlarını vurğulayaraq, onların ölkədə at oynatdıqlarını bildirib. Həmçinin qonaqlara ölkədə sistematik hala salınmış korrupsiya mexanizmləri nümayiş etdirilib.

Avropa Parlamentindən gələn nümayəndələrin təklifi ilə sabiq prezident "Qarabağ münaqişəsi" və "Türkiyə ilə əlaqələr" mövzusuna da toxunub.

"Çorrord İnknişxanutyun" qəzetinin məlumatına görə, sabiq prezident hər iki halda məntiqli kompromisə getməyə hazır olduqlarını və Qarabağ probleminin həllində mərhələli prinsipə üstünlük verdiklərini vurğuladı.

Avropa Parlamenti "təkrar biliyin anasıdır" prinsipi ilə yaddaşını təzələdi...

Hafiz Əhmədov

O.M.