Serj Sarkisyan 1 güllə ilə 2 dovşanı vurdu

Serj Sarkisyan 1 güllə ilə 2 dovşanı vurdu

2 Noyabr 2011 11:56
Bəyəndim (0) Bəyənmədim (0)
Robert Koçaryanın yaxın dostu Ovik Abramyan prezidentə sadiqdirmi?

Ermənistanın "Yerkir" qəzeti ölkədəki son kadr dəyişiklikləri ilə əlaqədar "Serj Sarkisyan 1 güllə ilə 2 dovşanı vurdu" başlıqlı məqalə dərc edib. Məqalədə yazılır: "Parlamentin spikerini çıxarmaqla faktiki olaraq Serj Sarkisyan 1 güllə ilə 2 dovşanı vurmuş oldu. Əvvəla, Respublika partiyasının 2 nömrəli məmurunu dövlət rıçaqlarından məhrum etdi. Belə ki, Ovik Abramyan sabiq prezident Robert Koçaryanın yaxın dostu kimi tanınırdı. Koçaryan isə indiki dövrdə Sarkisyanın rəqibi sayılır. İkincisi, əvvəllər qubernator vəzifəsində çalışmış Abramyan mövcud qubernatorlar arasında böyük nüfuza malikdir. Bu isə o deməkdir ki, növbəti seçkilər zamanı Abramyanın qubernatorlara, prezidentin isə birbaşa ona nəzarəti güclənəcək. Nəticədə, seçkilərdən sonra Ovik Abramyanın Serj Sarkisyana sədaqətli olub-olmamağı üzə çıxacaq."

Bir dəli bir quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi...

Sərvər Aslanov

O.M.