Ermənistanda "dəbdəbə" vergisi tətbiq olunacaq

Ermənistanda "dəbdəbə" vergisi tətbiq olunacaq

1 Noyabr 2011 22:07
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni qaydalar qüvvəyə mindikdən sonra hamı eyni səviyyədə kasıb olacaq

Ermənistan prezidenti yanında hakim partiyanın üzvləri ilə birgə büdcə müzakirələri oldu. Bu barədə tert.am erməni saytı məlumat verir. Məlumatda o da bildirilir ki, vergi məcəlləsinə yeni dəyişiklər edilməsi nəzərdə tutulur. 2012-ci il büdcəsinin Milli Məclisdə bugünkü müzakirəsi zamanı Baş nazir Tiqran Sarkisyan yeni qaydaları açıqladı. O dedi: "Bizə ilk dəfə dəbdəbə üçün yeni vergi növü təklif olunub. 90 min ABŞ dollarından baha olan avtomobillərə vergi hiss olunacaq dərəcədə artırılmalıdır. İllik gəliri 2 mln. dramdan çox olanlardan 25 % vergi alınacaq. 500 dramdan baha olan alkoqollu içkilərə 50 % əlavə rüsum qoyulacaq. Oyun zallarına da 50 % əlavə rüsum tətbiq olunacaq".

Yenilik onsuz da import ticarəti üzərində dayanan iqtisadiyyatı daha da pis vəziyyətə salacaq. İnsanlar gəlirlərini gizlətməklə yanaşı, bir müddətdən sonra Ermənistanda biznes fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Bazarda yaranacaq qıtlıq, yerli istehsalın zəif olduğu bir halda qiymətlərin sürətlə artımına səbəb olacaq. Son nəticədə, cəmiyyətdə sosial bərabərlik prinsipi bərqərar olacaq, yəni hamı eyni dərəcədə kasıblayacaq...

Hafiz Əhmədov

O.M.