Ermənistanda Baş Qərargah rəisi işdən qovulur

Ermənistanda Baş Qərargah rəisi işdən qovulur

29 Sentyabr 2011 20:35
Bəyəndim (0) Bəyənmədim (0)
Hərbi xərclər, o cümlədən orduda formalaşmış rüşvət mexanizmi hal-hazırda ölkə rəhbərliyinin ən gəlirli "biznesi" sayılır

Ermənistanın "Joxovurd" qəzetinin yazdığına görə, bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuriy Xaçaturov yaxın günlərdə tutduğu vəzifədən azad ediləcək. Belə ki, onun işdən çıxarılması barədə əmr artıq hazırdır və Serj Sarkisyan xarici səfərdən qayıdan kimi imzalanacaq. Hələlik Müdafiə Nazirliyi faktı nə təsdiq, nə də inkar edir. Rəsmilər sadəcə onu deməklə kifayətlənirlər ki, Yuriy Xaçaturovu işdən azad etmək ancaq ölkə prezidentinin səlahiyyətindədir. O isə hələ Fransada səfərdədir.

Ermənistanın yüksək eşelonlarından müxalifət mətbuatına sızan məlumatda bildirilir ki, prezident orduda kök salan ciddi problemlərin həllinə çalışmır. Belə ki, hərbi xərclər, o cümlədən orduda formalaşmış rüşvət mexanizmi hal-hazırda ölkə rəhbərliyinin ən gəlirli "biznesi" sayılır. Bu "biznes" gəlirinə görə, hətta narkotrafiki də üstələyir. Onu nəzarətdə saxlamaq üçün Müdafiə nazirinin toxunulmazlığını təmin etmək və günahı başqasına yükləmək tələb olunur. Necə deyərlər, Ermənistan prezidentinə qurbanlıq qoyunlar lazımdır ki, ən gəlirli sahə əldən çıxmasın.

Bütün bu oyunlar "Ermənistan ordusunda islahatlar" adı ilə erməni xalqına təqdim olunur...

Natiq Qocaman

O.M.