Rus OMON-un köməyi ilə erməniləri oğurladan ermənilər

Rus OMON-un köməyi ilə erməniləri oğurladan ermənilər

29 Sentyabr 2011 18:50
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiya erməniləri də artıq bir-birinə düşmən kəsiliblər

"Московские новости"nin bu gün yaydığı məlumata görə, uzun illərdən bəri qeyri-müəyyən şəraitdə oğurlanan ermənilər elə öz həmyerliləri tərəfindən cinayətə məruz qalırdı. Belə ki, OMON və başqa polis dəstələrinin bir neçə rəhbər üzvü kriminal aləmdə tanınan erməni oliqarxlarının sifarişi ilə imkanlı erməniləri oğurlayır, külli miqdarda pul müqabilində azadlığa buraxırdı. Qəribədir ki, Rusiya DİN-də köklü islahatlar aparıldığı halda hələ də həmin polislər vəzifələrindədirlər və yüksək əməkhaqqı alırlar.

28 sentyabr günü növbəti oğurluq hadisəsi barədə cinayət işi məhkəməyə verildi. Ehtimala görə, sifarişçi kriminal aləmdə məşhur olan Kiyaj ləqəbli erməni olub. O, başqa bir avtoritetə, Ded Xasan ləqəbli Aslan Usoyanın həyatına qəsd etməyi planlaşdırırdı.

Rusiya İstintaq komitəsində "Московские новости"yə bildiriblər ki, ilk oğurluq faktı 2009-cu ilin sentyabr ayında qeydə alınıb. O zaman milyonçu Lorik Abramyanın qardaşı Yurik oğurlanıb. Mehmanxana biznesi və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Lorikin mülkiyyətindən başqa nağd 6 milyon dollar pulu var idi. Məhz bunu nəzərə alan Kiyaj (əsl adı Akop Meliksetyan) Yuriki oğurlatmaq qərarına gəlmişdi.

Kiyaj erməni diasporunda nüfuzlu və hörmətli şəxsdir. Rusiyada yaşayan ermənilər bilirlər ki, məhz o, bütün çətin işlərin öhdəsindən gələ bilir. Onun hüquq-mühafizə orqanlarında çoxlu sayda dostları var. Bütün bunları nəzərə alan Kiyaj Abramyan ailəsinin ondan yardım istəyəcəyini düşünürdü. İşin icrası 60 min dollar müqabilində Yepremyan adlı şəxsə tapşırıldı. Oğurluq 23 sentyabr gecə yarısına nəzərdə tutulurdu. Lakin həmin gün Abramyanın Lenin rayonunun Lopatino kəndindəki evinə gözlənilmədən çoxlu sayda qonaq gəldi. Oğurluq 1 gün təxirə salındı.

Səhəri gün polislər pəncərədən daxil olaraq qapını içəridən açdılar. Evdə olan 3 nəfərin əl-qolu bağlandı, Yurik isə naməlum istiqamətə aparıldı. Oğrular evdən 2000 avro, 200 dollar, tapança, fotoaparat və bahalı eynək götürdülər. Onlar girovu Yeprimyana təhvil verdilər, o da öz növbəsində Kiyaja ötürdü. Kiyaj Yuriki "Yaşıl təpə" adlı yerdə icarə götürdüyü evə yerləşdirdi. Lakin 2 ay ərzində tələb olunan məbləğ ödənilmədi və 20 oktyabr günü xüsusi əməliyyat nəticəsində Moskva polisi girovu azad etdi.

Ümumiyyətlə, Kiyajın (əsl adı Akop Meliksetyan) cinayətləri bununla bitmir. O, 50-dən çox qətl və çoxsaylı oğurluq cinayətlərində şübhəli bilinir. Onun son hədəfi isə həmyerlisi Ded Xasan (Aslan Usoyan) idi. Belə ki, Kiyaj rəqibini aradan götürməklə kriminal aləmdə birinciliyə yiyələnmək istəyirdi...

Ermənistanda kriminal hadisələr həyat tərzinə çevrilib. Bunu ağır sosial-iqtisadi problemlərin ayağına yazmaq olar. Lakin Rusiyada ermənilərin bir-birinə düşmən kəsilməsini ancaq erməni olmaqla izah etmək olar.

Şahməmməd Şahməmmədov (Polis polkovniki)

O.M.