VİDEO-Ermənistanda qarət dövlət tərəfindən himayə olunur

VİDEO-Ermənistanda qarət dövlət tərəfindən himayə olunur

26 Sentyabr 2011 14:24
Bəyəndim (0) Bəyənmədim (0)
Müxalifət mətbuatının fikrincə, son hadisələr Qarabağ klanının sonunu yaxınlaşdırır

Bu günlərdə İrəvanın mərkəzində Myasnikov küçəsində böyük bir cinayət dəstəsinin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat həyata keçirildi. Dəstə çoxsaylı qarət və oğurluqda ittiham olunurdu. Çoxları bunu hüquq mühafizə orqanlarının növbəti uğuru kimi qiymətləndirməyə tələssə də, yerli müxalifət mətbuatı bunun tam əksini deyir. Ermənistanın "Çorrord inknişxanutyun" (4-cü hakimiyyət) qəzeti bu barədə yazır: "Bu gün axşam belə bir söz-söhbət yayıldı ki, Myasnikov küçəsində zərərsizləşdirilən dəstənin həqiqətdə heç bir qarətlə əlaqəsi yoxdur. Lakin bizim əldə etdiyimiz istintaq materiallarından açıq-aydın bəlli olur ki, dəstə üzvlərinin birinin evindən cinayət predmetləri, çoxlu pul və qurbanlar haqda məlumat yer alan dəftər aşkarlanıb. Bu dəftərdə artıq qarət edilmiş yüksək vəzifəli məmurlar və biznesmenlər barədə qeydlər də yer alır.

Ermənistanın yüksək eşelonlarında bilirlər ki, uzun illər sərbəst fəaliyyət göstərmiş mütəşəkkil dəstənin bu ərəfədə zərərsizləşdirilməsi təsadüf ola bilməz. Belə ki, banda dövlət və hökumət rəhbərliyində, habelə hüquq-mühafizə orqanlarında çalışan yüksək vəzifəli şəxslər tərəfindən yaradılmışdı və himayə olunurdu. Lakin son zamanlar Serj Sarkisyana qarşı olan beynəlxalq təzyiqlər onun ölkə daxilində cinayətkar oliqarxlara qarşı mübarizəyə qalxmasına səbəb oldu. Xatırladaq ki, ötən il ABŞ-da tərksilah edilən Pzo ləqəbli Armen Kazaryanın dəstəsi bu ölkənin büdcəsinə 200 milyon dollara qədər ziyan vurmuşdu. Bundan başqa, Rusiya hüquq-mühafizə orqanlarının açdıqları müxtəlif cinayət işlərində 13 erməni oliqarxının və prezidentin qardaşı Saşik Sarkisyanın adları hallanırdı. Bu isə Serj Sarkisyanı narahat etməyə bilməzdi. Odur ki, prezidentin ABŞ-a son səfəri zamanı onun birbaşa tapşırığı ilə ən böyük dəstə zərərsizləşdirildi. Cəmiyyətdə belə bir fikir də formalaşıb ki, bandaya Ermənistan prezidentinin qardaşı - Milli Məclisin üzvü Saşik Sarkisyan və ölkənin ən zəngin adamı Qaqik Sarukyan başçılıq edirdilər. 2008-ci ildən bəri belə bir mexanizm formalaşıb: "qarət olunan zəngin adamlar bu barədə şikayət edə bilməzdilər. Belə olacağı təqdirdə, onların büdcədən gizlətdikləri külli miqdarda gəlirləri üzə çıxacaqdı. Nəticədə onlar barədə ictimai fikir dəyişə, eyni zamanda yeni cinayət işi açıla bilərdi". Son hadisələr onu deməyə əsas verir ki, yaxın gələcəkdə Ermənistanın siyasi elitasında köklü dəyişikləri gözləmək olar. Bu isə son nəticədə Qarabağ klanının iqtidarının sonunu gətirə bilər."

Ermənistanda zəngin insanların qarəti və digər gəlirli kriminal sahələri dövlət tərəfindən himayə olunur. Başqa sözlə desək, ölkə kriminal qaydalarla idarə olunur. Deməli. Sadə vətəndaşlar dustaq həyatı yaşayırlar...

Natiq Qocaman

O.M.