Dağlıq Qarabağ separatçılarının musiqi qrupu İranda çıxış edəcək

Dağlıq Qarabağ separatçılarının musiqi qrupu İranda çıxış edəcək

7 Fevral 2017 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin "Artsaxın səsi" adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək.

apa-nın "panorama.am" saytına istinadən verdiyi məlumata görə, bunu qrupun bədii rəhbəri Lira Koçaryan deyib. O, qrupun tərkibində 13 nəfərin olduğunu bildirib.

L. Koçaryan qeyd edib ki, qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.

Mediainfo.az