Andronikin Rusiyadakı heykəli söküldü

Andronikin Rusiyadakı heykəli söküldü

22 Sentyabr 2011 15:10
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiya erməniləri qorxudan buna göz yumurlar

4 ay bundan əvvəl Rusiyanın Krasnodar diyarının Soçi şəhərinin Lazarevsk rayonunun Volkonka kəndində Andronik paşanın heykəli ucalmışdı. Heykəl Rusiya erməniləri birliyinin yerli təşkilatı ilə diyar rəhbərliyi arasında razılıq əsasında inşa edilmişdi. Türkiyənin haqlı narazılığından sonra Rusiya erməniləri birliyinin yerli təşkilatının icazəsi ilə monument cəmi bir gündən sonra söküldü. Bu hadisə Ermənistan rəhbərliyinin və erməni diaspor təşkilatlarının etirazına səbəb oldu. Rusiya erməniləri birliyinin mərkəzi təşkilatının vitse prezidenti German Ananyans dərhal bəyanat verərək, heykəlin yaxın zamanlarda yenidən yerinə bərpa olunacağını bildirdi. Lakin aradan aylar keçsə də, heykəl heç kəsin yadına belə düşmür.

Ermənilər yaşadığı dövlətə xəyanət etmiş, minlərlə günahsız müsəlmanı qanına qəltan etmiş bir insanı qəhrəman kimi qələmə verirlər. Bu cəfəng fikrin ətrafında birləşməyə çalışırlar. Lakin tarixi saxtalaşdırmaq cəhdləri həqiqəti dəyişmir.

Bir zamanlar Osmanlı imperiyasına qarşı erməni qiyamına başçılıq etmiş Andronik Ozanyan sonradan öz səhvini etiraf edərək cəzasını aldı. Daha dəqiq desək, qulağının biri kəsildi. Məhz bu hadisədən sonra o, ermənilərin özlərinə divan tutmağa başladı. Lakin nədənsə ermənilər tarixin bu səhifəsini vərəqləmək istəmirlər.

Natiq Qocaman

O.M.