VİDEO-Ermənilər öz ordularını pisləyən serial çəkdilər

VİDEO-Ermənilər öz ordularını pisləyən serial çəkdilər

16 Sentyabr 2011 14:40
Bəyəndim (0) Bəyənmədim (0)
Filmdə erməni ordusu məsxərəyə qoyulur

Ermənistan ordusunda kriminal vəziyyət davam edir. Cəmiyyətin müxtəlif təbəqələri, ziyalılar açıq-aydın həyəcanlarını gizlətmirlər. Problem o qədər dərinləşib ki, artıq televiziya ekranlarında da bu mövzu müzakirə obyektinə çevrilib. Belə ki, erməni ordusundakı rəzalət filmlərdə və seriallarda öz əksini tapmağa başlayıb, özü də komik janrda. Ermənilərin bu barədə çəkdikləri "Əsgərlikdə" adlı film qonşu ölkənin ordusunda mövcud olan anormal hallardan bəhs edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ümumi film haqqında təsəvvür yaransın. Əsgər hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddət özünü əsgərlikdəki kimi hiss edir və qeyri-adi hərəkətləri ilə anasını qorxuya salır. Bəlkə də erməni tamaşaçıları bu filmi təbəssümlə qarşılayardılar? Lakin son günlər Ermənistan ordusunda bir əsgərin dəli olması, bu xəbərin 9 gün valideynlərdən gizli saxlanılması, həmçinin bir neçə əsgərin müəmmalı ölümləri cəmiyyəti narahat etməyə başlayıb. Odur ki, "Susmayacağıq" adlı erməni gənclər təşkilatı "Efirdə zibil" nominasiyası üzrə məhz "Əsgərlikdə" filminin yaradıcı heyətini "mükafatlandırmışdır". Bu barədə film istehsalçılarına poçt vasitəsilə xüsusi sertifikat göndərilmişdir. Serialın nümayiş olunduğu "Şant" televiziya kanalına isə "zibil ekrandan təmizlənsin" məktubu ilə birgə 100 dram pul çatdırılmışdır.

"Susmayacağıq" gənclər təşkilatının fikrincə mövcud serial tamaşaçı zövqünü korlamaqla yanaşı cəmiyyətlə ordu arasında dərin uçurum yaradır, eyni zamanda gənclər arasında hərbi vətənpərvərlik ruhunun aşağı düşməsinə xidmət edir.

Ermənilər gülməli ilə gülüncün fərqini bilmirlər. Çünki ordularını gülüş hədəfinə çevirməklə gülünc vəziyyətə düşürlər. Yersiz gülməyin isə axırı ağlamalı olur...

Natiq Qocaman

O.M.