Ermənistandakı binaların 1/3-i uçmaq üzrədir

Ermənistandakı binaların 1/3-i uçmaq üzrədir

16 Sentyabr 2011 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
Cəmi 4-5 ballıq zəlzələ kütləvi dağıntılara və 100 minlərlə insanın ölümünə səbəb olacaq

Ermənistanda 21500 çoxmənzilli yaşayış binaları var. Onlardan təxminən 1/3-i qəzalı vəziyyətdədir və ya yaşamaq üçün yararsızdır. Bu ölkədə 60 illik istehlak müddətini bitirən binaların sayı ümumi mənzil fondunun 89 faizini təşkil edir. 11000 mənzili olan 420 tikili 3-cü dərəcəli qəza vəziyyətindədir. 971 mənzilli 26 bina isə 4 və 5-ci dərəcəli qəza vəziyyətindədir ki, orada yaşamaq olduqca təhlükəlidir.

Binalardan başqa 996 fərdi ev də təbii fəlakətdən və ya hərbi əməliyyatlardan qəzalı vəziyyətə düşüb ki, onların bərpasına və əsaslı təmirinə təxminən 18 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti tələb olunur.

Qonşu ölkədə qeyri-yaşayış binalarının, daha dəqiq desək, məktəblərin, xəstəxanaların, müəssisələrin də analoji durumda olduğunu nəzərə alsaq, vəziyyətin son dərəcə təhlükəli olduğunu görə bilərik.

Ermənistanın şəhərsalma naziri Vardan Vardanyanın açıqlamasına görə, qaldırılan problem hökumətin diqqət mərkəzində olsa da, bərpa-təmir işlərinə ən az 450 milyon dollar ayrılmalıdır. Bu vəsait isə dövlət büdcəsində yoxdur.

Yerli seysmoloqların fikrincə, 4-5 ballıq zəlzələ Ermənistanda kütləvi dağıntılara və 100 minlərlə insanın ölümünə səbəb ola bilər. Ölkənin aktiv seysmik zonada yerləşdiyini nəzərə alsaq, ehtimalın böyük olduğunu təxmin edə bilərik.

Dünya İlahi ədalət prinsipi ilə idarə olunur. Başqasının evini yıxanın bir gün öz evi başına uçar. Elimizdə belə bir məsəl də var: "Evyıxanın evi olmaz." Biz heç kimə "evin yıxılsın" demirik. Sadəcə, onu arzulayırıq ki, ermənilər Tanrı qəzəbinə tuş gəlmədən evlərinə yığışsınlar, yəni işğal etdikləri torpaqları azad etsinlər.

Natiq Qocaman

O.M.