
Erməni separatçılarının başçısının vəziyyəti kəskin şəkildə pisləşib
Bildiyiniz kimi, ermənilər Gürcüstana qarşı da torpaq iddiası ilə
çıxış edirlər. Hələ ötən əsrin əvvəllərində onlargənc Gürcüstan Respublikasına
hücum edərək Borçalı mahalının böyük bir hissəsini ilhaq etmişlər. İndi isə ermənilərin
sıx yaşadıqları Cavaxetiya bölgəsinin, ona yaxın olan digər ərazilərin Gürcüstandan
ayrılaraq, Ermənistana birləşməsini tələb edirlər. Separatçı hərəkata başçılıq
edən "Vahid Cavaxk demokratik birliyi" adlı təşkilatın rəhbəri Vaaqn Çaxalyan
Gürcüstan məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O,
artıq 3 il 2 aydır ki, dustaq həyatını yaşayır. Rustavi şəhərinin 6 saylı ciddi
rejimli islah-əmək müəssisəsinin 106-cı kamerasında saxlanılan Vaaqn Çaxalyan
son zamanlar saxlanılma şəraitinin ağırlaşdırılmasından şikayət edir. Belə ki,
türmə işçilərindən başqa dustaqlar da ona qarşı sərt davranış nümayiş
etdirirlər. Separatçı başçısı səhhətinin də kəskin şəkildə pisləşdiyini
bildirir.
Son söz əvəzi:
Ermənilər İrandan başqa bütün qonşularına düşmən kəsiliblər. Miqyası kiçildərək bir anlıq fikirləşək, görəsən, hər hansı bir qonşu bütün qonşulara düşmən kəsilərsə, onun aqibəti necə olmalıdır?
Natiq Qocaman
O.M.