Bu gün erməni parlamentinin iclasında cəmi 7 deputat var idi

Bu gün erməni parlamentinin iclasında cəmi 7 deputat var idi

14 Sentyabr 2011 16:41
Bəyəndim (0) Bəyənmədim (0)
Qalan deputatlar fasilə vaxtı aradan çıxmışdılar

Bu gün Ermənistan parlamentində qanun layihəsi 7 deputatın müzakirəsi ilə səsverməyə qoyuldu. Onlar müxalifətçi "Miras" və "Daşnaksütyun" fraksiyalarından olan deputatlar idi. İqtidar partiyasının nümayəndələri isə həmişəki kimi öz keflərində idilər. Daha doğrusu, günün əvvəlində 91 deputat qeydiyyatdan keçdiyi halda, 30 dəqiqədən sonra onların böyük qismi xəlvətcə aradan çıxdı. Əvvəllər də qonşu ölkənin Milli Məclisində hökm sürən özbaşınalıqdan yazmışdıq (ətraflı tanış olmaq istəyirsinizsə, buraya klik edin). Qəribəsi odur ki, "Ermənistan Respublikasının torpaq məcəlləsinə dəyişiklik haqda" qanun layihəsi kvorum olmadan müzakirəyə çıxarılmışdı. "Miras" fraksiyasından olan deputat Armen Martirosyanın fikrincə, yeni qanun kəndlərin sürətlə boşalmasına gətirib çıxaracaq. Belə ki, qanunda torpağını əkib-becərməkdə çətinlik çəkən sadə kəndlilər onları iri istehsalçıların istifadəsinə verməli olacaqlar. Bu cür qanun layihəsinə dırnaqarası yanaşan iqtidar təmsilçiləri yəqin ki, öz mənafelərindən başqa heç nə güdmürlər.

Son söz əvəzi:

Bu, dünyada analoqu olmayan hadisədir. Təkcə onu deyə bilərəm ki, yaxşı ki, biz erməni deyilik...

Natiq Qocaman

O.M.