VİDEO-Körpələrini  boğub öldürən ana İrəvana qaçdı

VİDEO-Körpələrini boğub öldürən ana İrəvana qaçdı

12 Sentyabr 2011 22:28
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənilər ya öldürülürlər, ya acından ölürlər, ya da intihar edirlər

Bu günlərdə törədilmiş ağıq bir cinayət hadisəsi bütün Ermənistanı ayağa qaldırdı. Söhbət 34 yaşlı Roza Aloyanın 4 və 6 yaşlarında olan körpələrini asaraq amansızcasına qətlə yetirməsindən və soyuqqanlıqla meyitləri evdə qoyub paytaxta qaçmasından gedir. Bu gün mərhumların cənazələri ata evindən qaldırılaraq dəfn olundu.

Xatırladaq ki, 6 sentyabr tarixində Roza uşaqları ilə birlikdə mağazadan gəlmişdi. O, körpələrini yedizdirdikdən sonra aylardır düşdüyü depressiyanın son həddinə gəlib çatdı. Özünü tənha və köməksiz hiss etdiyindən, maddi sıxıntılardan, həyatının bu cür davam edə bilməyəcəyini düşündüyündən əvvəlcə uşaqlarını öldürmək, sonra isə intihar etmək qərarına gəldi. Həmin gün saat 12 radələrində Roza şərfi su borusuna bağlayaraq böyük oğlunun başına keçirdi və onu boğaraq öldürdü. Sonra mələfəni mətbəxdəki asılqana bağlayaraq eyni qaydada kiçik oğlunu qətlə yetirdi. Hər iki meyiti çarpayıya uzadaraq özü də yanlarında uzandı. Lakin intihar etməyə cürəti çatmadı. O, meyitləri adyala büküb evi tərk etdi və avtobusla birbaş paytaxta yollandı.

Ermənistan prokurorluğunun açıqlamasına görə, Roza qardaşı ilə birlikdə uşaq evində böyüyüb və əqli cəhətdən normal olub. O, əri ilə ayrıldıqdan sonra dəfələrlə maddi sıxıntıdan və keçmiş ərinin uşaqlarına kömək etməməyindən şikayətlənib. Daha sonra o, başqa bir kişi ilə görüşməyə başlayıb, lakin həmin kişi də vəd etdiyi kimi ona dəstək olmayıb.

Qətldən dərhal sonra cani ana İrəvanın Nork massivində yerləşən yataqxanaya yerləşib və orada uşaq evində birlikdə böyüdüyü rəfiqələri ilə görüşüb. Roza onlara belə bir etiraf da edib: "Siz hamınız bunu istəyirdiniz. Mən öz uşaqlarımı öldürdüm. Gedin meyitləri götürün."

Son söz əvəzi: Ermənistan problemlər burulğanında çırpınır. Sadə insanlar artıq nə edəcəklərini bilmirlər. Maddi sıxıntı qonşu ölkədə intiharların sayının təhlükəli miqyaslaradək artmasına gətirib çıxarıb. İnsanlar ya öldürülürlər, ya acından ölürlər, ya da intihar edirlər. Bu isə ümumən erməni cəmiyyətinin tənəzzülü deməkdir.

Biz uşaqların ölümündən təsirlənsək də, qeyd etməliyik ki, dünya İlahi ədalət prinsipi ilə idarə olunur. Başqasının canını alan, malını talayan, torpağını işğal edən bir cəmiyyətin sonu başqa cür ola bilməz. Şükür məsləhətinə!

Natiq Qocaman

O.M.

Süjetdə Roza Aloyanın rəfiqəsi onun keçmişi və cinayətin səbəbləri haqda danışır.