VİDEO-Dəli olmuş erməni əsgəri atasından gizlədildi

VİDEO-Dəli olmuş erməni əsgəri atasından gizlədildi

7 Sentyabr 2011 12:26
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni ordusunda cinayətlərin növbəti dalğası cəmiyyəti ayağa qaldırıb

Birinci Qarabağ müharibəsinin acı nəticələri hələ də cəmiyyətimizi narahat etməkdədir. Torpaqlarının 20 faizi işğal altında olan, 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün həyatını yaşayan bir cəmiyyətin üzvləri kimi hər birimiz partizan olmağa borcluyuq. Partizanlıq təkcə düşmənin arxa cəbhəsinə keçib hərbi əməliyyat aparmaqdan ibarət deyil. O, həm də hər kəsin öz işində vicdanla çalışması, ümumi amala xidmət etməsi deməkdir. Odur ki, biz də qələmimizi silaha çevirərək virtual aləmdə düşmənin arxa cəbhəsinə keçib, ən operativ məlumatları sizlərə çatdırmağa çalışdıq.

Dünən erməni mətbuatının yaydığı məlumatlar növbəti dəfə qonşu ölkənin ictimaiyyətini ayağa qaldırmışdır. Ermənistanın Hetq.am saytının işıqlandırdığı ilk xəbərdə yazılır: "N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən əsgər Ağası Abraamyanın ölümü ilə bağlı daha 2 zabit göz altına alınmışdır. Xatırladaq ki, zabitlər Ermənistan Respublikası Cinayət Məcəlləsinin 375-ci maddəsi ilə ittiham olunurlar. İstintaqın prosesi ilə cəmiyyət mütəmadi olaraq məlumatlandırılacaq."

Ermənistan ictimaiyyətinin narahatlığına səbəb olan digər məlumat isə valideynlərindən xəbərsiz psixiatriya xəstəxanasına yerləşdirilən əsgər Ovannes Vardanyanla bağlıdır. Belə ki, Ermənistanın Ararat rayonundan Dağlıq Qarabağın Əsgəran bölgəsinə həqiqi-hərbi xidmətə göndərilən Ovannes 14 ay qulluq etdikdən sonra kəskin şizofreniya diaqnozu ilə dəlixanaya yerləşdirilib. Bu zaman valideynlərinə məlumat verilməyib. Hetq.am saytının məqaləsində bu barədə yazılır:

"DQR-in Əsgəran rayonunda yerləşən N saylı hərbi hissənin 20 yaşlı əsgəri Ovannes Vardanyan hərbi hissədən Yerevanın psixiatriya xəstəxanasına yerləşdirilib. Lakin bu haqda valideynlərinə heç kim heç nə deməyib. Yalnız 9 gündən sonra Ovannesin hərbçi yoldaşlarından biri onun atasına zəng vuraraq, oğlunun kəskin dəlilik diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirib. Hadisə ilə bağlı Hetq.am DQR ordusunun rəyini öyrənməyə çalışıb. Lakin yüksək rütbəli şəxs hadisədən xəbərsiz olduğunu, bu barədə ancaq mətbuatdan məlumat aldığını bildirməklə kifayətlənib və şərh verməkdən imtina edib."

Partizanın hesabatı və ya son söz əvəzi:

Ermənistan ordusunda kriminal vəziyyət hökm sürməkdə davam edir. Bu, özünü əsasən Dağlıq Qarabağ bölgəsində qabarıq şəkildə göstərir. Heç təsadüfi deyil ki, artıq erməni valideynlər övladlarını həqiqi-hərbi xidmətə göndərməkdən açıq-aydın boyun qaçırırlar. Gənclər özləri də orduya getmək istəmirlər. Belə ki, hər gün onlarla hərbçinin müxtəlif şəraitlərdə fiziki təzyiqlərə məruz qaldıqları barədə xəbər daxil olur. Ermənistanın Müdafiə naziri Seyran Ohanyan isə hələ də ordudakı vəziyyətin nəzarət altında olduğunu bildirir.

Son kəşfiyyat məlumatı onu deməyə əsas verir ki, düşmən ordusu 2-ci Qarabağ müharibəsinə hazır deyil.

Azərbaycan Respublikasına xidmət edirəm!

Natiq Qocaman

O.M.