Noemberyan şəhərinin merinin oğlu azyaşlını zorlayıb

Noemberyan şəhərinin merinin oğlu azyaşlını zorlayıb

5 Sentyabr 2011 17:54
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistanda günahkarlar nədənsə cəzasız qalırlar

Bu ilin 2 sentyabr günü Ermənistanın Noemberyan şəhərində azyaşlı qız zorlanıb. Bu ölkənin Hetq.am saytının verdiyi məlumata görə, cinayəti 3 nəfər 17 yaşlı yeniyetmə zorlayıb ki, onlardan biri şəhər rəhbərinin oğlu Vanuş Amiraqyandır, digəri isə polis rəisinin oğludur. Fakt üzrə E.R Cinayət Məcəlləsinin 138-ci maddəsi ilə cinayət işi qaldırılıb. Lakin bu günə kimi nə tutulanlar var, nə də cinayət məsuliyyətinə cəlb olunanlar. Hələlik ilin araşdırma aparılır, bir neçə ekspertiza təyin olunub.

Təkcə bu fakt onu deməyə əsas verir ki, Ermənistan vəhşi meşə qanunları ilə idarə olunur. Daha doğrusu, bu ölkədə zəif güclünün şikarıdır.

Şahməmməd Şahməmmədov (polis polkovniki)

O.M.