DİQQƏT! Ermənilər Qarabağda ağır artilleriyanı işə saldı

DİQQƏT! Ermənilər Qarabağda ağır artilleriyanı işə saldı

8 Sentyabr 2016 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində hərbi təlimlər keçirir
Cebhe.info-nun bölgə müxbirinin xəbərinə görə, separatçı ordu nəzarətlərində olan Ağdərə rayonu ərazisində ağır artilleriyadan da istifadə etməklə hərbi təlimlərə başlayıb.
Bu gün səhər saatlarından başlayan təlimlər hələ də davam etməkdədir. Təlimlərdə atılan mərmilərin partlama səsləri Tərtər və Ağdam rayonlarının cəbhəətrafı yaşayış məntəqələrindən açıq- aydın eşidilir. Ancaq buna baxmayaraq əhali arasında heç bir narahatçılıq yoxdur.

Mediainfo.az