Bu axşam İrəvan silkələnəcək - FOTO

Bu axşam İrəvan silkələnəcək - FOTO

29 İyul 2016 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyasının üzvləri Prezident Administrasiyasına yürüş keçiriblər.

Yürüş-mitinqdə yüzlərlə etirazçı iştirak edib. Yürüşə etiraz aksiyalarının keçirilməsi üzrə Koordinasiya Şurası rəhbərlik edir.

İrəvanda yağış yağmasına baxmayaraq, aksiyaçılar etirazları davam etdirməyə qərar veriblər. Təqribən 40 dəqiqə yağan güclü yağış etirazçıları geri çəkindirməyib. Aksiya iştirakçıları İrəvanın mərkəzindəki Fransa meydanında da nəqliyyatın hərəkətini dayandırdırıblar.

Ermənistan parlamentinin müxalifətçi "İrs" partiyasından olan deputatı Armen Martirosyan isə nümayişçiləri iyulun 29-da saat 19:00-da Azadlıq meydanında toplanmağa çağırıb. (publika)

Mediainfo.az