Ermənilər hökumətin istefasına vaxt qoydular - İRƏVANDA

Ermənilər hökumətin istefasına vaxt qoydular - İRƏVANDA

26 İyul 2016 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Yerevanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası sona çatıb.

Müxalif "Təsis Parlamenti" təşkilatının nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə sabaha kimi vaxt verir.

"Biz unutmuruq ki, bu hərəkat mühüm dəyişikliklər naminə başlayıb. Əsas məqsədimiz – hakim rejimin istefasıdır", deyə Alek Eniqomşyan bildirib.

İyulun 15-də İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi keçirilib. Nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.

Mediainfo.az