MN: "Erməni əsgər Ermənistan Ordusundakı nizamnamədən kənar münasibətlər səbəbindən yaralanıb"

MN: "Erməni əsgər Ermənistan Ordusundakı nizamnamədən kənar münasibətlər səbəbindən yaralanıb"

23 İyul 2016 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan mətbuatının iyulun 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə KİV-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir: "Mqer Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur".

Mediainfo.az