Ermənistanın polis bölməsində saxlanılan girovlardan biri buraxıldı

Ermənistanın polis bölməsində saxlanılan girovlardan biri buraxıldı

18 İyul 2016 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan paytaxtında polis idarəsinin binasını ələ keçirən silahlı qrup girov götürdüyü şəxslərdən birini azadlığa buraxıb. Silahlı dəstə bunu xoş məram nümayişi kimi qiymətləndirib.

Hazırda girovluqda 5 nəfər qalır. Onların arasında Ermənistan Polisinin 2 rəis müavini – Vartan Yegiazaryan və Valeri Osipyan da var. Daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində 2 girov azad edilib.

Ermənistan Ombudsman Aparatının həyata keçirdiyi tədbirlər nəticəsində isə hadisə ilə bağlı polis tərəfindən saxlanılmış 50-yə yaxın vətəndaş azadlığa buraxılıb.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Mediainfo.az