Axşam saatlarında şəhid verdik...

Axşam saatlarında şəhid verdik...

15 İyul 2016 09:35
Bəyəndim (0) Bəyənmədim (0)
Toğrul Məmmədovu ermənilər snayperlə vurublar

Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib.

Mediinfo.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Müdafiə Nazirliyi bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

Allah rəhmət eləsin!

Mediainfo.az