Azərbaycan qırıcıları Qarabağ səmasında

Azərbaycan qırıcıları Qarabağ səmasında

13 İyul 2016 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün iyulun 13-də, saat 08:26-da Azərbaycan Hərbi-Hava Qüvvələri cəbhə xəttinin bilavasitə yaxınlığında təlim-məşq uçuşlarına başlayıblar.

Virtualaz.org bildirir ki. bu barədə Ermənistan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Uçuşlar cənub-şərq istiqamətinin 30 km dərinliyində yerinə yetirilib. Saat 11:00-a olan vəziyyətə görə, uçuşlarda 12 təyyarə və 41 helikopter iştirak edir", - məlumatda bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi yaxın saatlarda bu barədə ətraflı məlumatın veriləcəyini bildirib.

Mediainfo.az